...

Netanyahu İranın neft və qaz obyektlərinə hücum etməməyə razılıq verib - Tramp

Dünya xəbərləri Materials 19 Mart 2026 22:02 (UTC +04:00)
Netanyahu İranın neft və qaz obyektlərinə hücum etməməyə razılıq verib - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İsrailin baş naziri Benyamin Netanyahuya İranın neft və qaz obyektlərinə zərbə endirilməsinin qəbuledilməz olduğunu çatdırıb.

Trend xəbər verir ki, Tramp bu barədə Ağ evdə Yaponiyanın baş naziri Sanae Takaiçi ilə keçirdiyi görüş zamanı danışıb.

“Mən ona bir daha bunu etməməli olduğunu dedim və o da bu addımı atmayacaq”, – deyə ABŞ administrasiyasının rəhbəri vurğulayıb.

Tramp əlavə edib ki, ABŞ və İsrail müstəqil hərəkət edir, lakin bununla yanaşı, öz səylərini əlaqələndirirlər.

Xəbər lenti

Xəbər lenti