Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin sahillərində bir gəmiyə mərmi düşməsi nəticəsində yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) saytında məlumat dərc olunub.
Məlumata görə, hadisə BƏƏ-nin Xor Fakkan şəhərindən təxminən 20 kilometr şərqdə, 11 dəniz mili məsafədə qeydə alınıb.
Bildirilib ki, UKMTO gəminin naməlum mərmi ilə vurulduğu və nəticədə göyərtədə yanğın baş verdiyi barədə məlumat alıb.
