...

Ceyhun Bayramov və Pakistan XİN rəhbəri arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)

Siyasət Materials 19 Mart 2026 07:13 (UTC +04:00)
Ceyhun Bayramov və Pakistan XİN rəhbəri arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

18 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd Ishaq Dar ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlər regional təhlükəsizlik vəziyyəti və son geosiyasi inkişaflar barədə fikir mübadiləsi aparıblar, Yaxın Şərqdə gərginliyin azaldılmasının, sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional və beynəlxalq platformalarda əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti