Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları sonradan deportasiya etmək məqsədilə 41 əcnəbini saxlayıblar. Saxlanılanlar arasında Azərbaycan vətəndaşları da yer alır.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, saxlanılanlar arasında Azərbaycan, Əlcəzair, İordaniya, İraq, Yəmən, Çin, Rusiya, Türkiyə, Türkmənistan və Özbəkistan vətəndaşları var. Əcnəbilər müxtəlif yerlərdə, o cümlədən işlədikləri restoranlarda, gözəllik salonlarında və geyim satışı obyektlərində reydlər zamanı saxlanılıblar.
Onlar sonradan deportasiya olunmaq üçün Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə aparılıblar.
Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qanunsuz miqrasiyaya qarşı mübarizə sərtləşdirilib.
