Bakı. Trend:
Livanın "Hizbullah" təşkilatının silahlı qüvvələri İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki "Kiriya" kompleksinə raket hücumu həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə "Hizbullah"ın Telegram kanalında bildirilib.
"26 mart 2026-cı il, cümə axşamı, saat 01:10-da İslam Müqaviməti döyüşçüləri Təl-Əvivin mərkəzində İsrail Müdafiə Nazirliyinin (Kiriya) qərargahına hücum ediblər", - deyə qeyd olunub.
Məlumata əsasən, şəhərin yaxınlığındakı hərbi kəşfiyyata məxsus kazarmalara da "müxtəlif tipli raketlər"dən istifadə edilərək hücum edilib.