...

ABŞ “TotalEnergies” şirkətinə yüksək təzminat ödəyəcək

Dünya xəbərləri Materials 24 Mart 2026 09:30 (UTC +04:00)
ABŞ “TotalEnergies” şirkətinə yüksək təzminat ödəyəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Donald Trump administrasiyası Fransanın TotalEnergies şirkətinə ABŞ-nin şərq sahillərində planlaşdırılan dəniz külək elektrik stansiyası layihələrindən imtina etməsi üçün təxminən 1 milyard dollar ödəməyə razılaşıb.

Bu barədə Trend “The Independent” nəşrinə istinadən xəbər verir.

ABŞ-nin Daxili İşlər Nazirliyi bildirib ki, əvvəlki administrasiya dövründə əldə edilmiş lisenziyalar üçün şirkətin xərclədiyi 928 milyon dollar geri ödəniləcək. Bu layihələr Nyu-York və Şimali Karolina sahilləri yaxınlığında planlaşdırılıb.

Əvəzində “TotalEnergies” eyni həcmdə investisiyanı ABŞ-də neft və təbii qaz hasilatına yönəldəcək. Bu, Texas ştatındakı “Rio Grande LNG” layihəsində iştirak və Meksika körfəzində, həmçinin şist yataqlarında hasilatın artırılmasını əhatə edir. Rəsmilər bu addımı daha etibarlı hesab etdikləri enerji mənbələrinə keçid kimi qiymətləndirirlər.

ABŞ-nin daxili işlər naziri Daq Burqam dəniz külək enerjisini bahalı, etibarsız və subsidiyalardan asılı sahə kimi tənqid edib. Qərar hüquqi mübahisələr fonunda qəbul olunub; belə ki, federal məhkəmələr daha əvvəl külək layihələrinin dayandırılması cəhdlərinə qarşı çıxıb.

“TotalEnergies”in baş direktoru Patrik Pouyanne isə bildirib ki, şirkət lisenziya xərclərinin geri ödənilməsi müqabilində ABŞ-də dəniz külək enerjisi layihələrindən imtina etməyə razılaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti