...

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb

Energetika Materials 25 Mart 2026 09:20 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin fevral ayında Bakı–Tbilisi–Ceyhan neft kəməri (BTC) vasitəsilə Türkiyə ərazisindən 14,818 milyon barel neft nəql olunub.

Bu barədə Trend BOTAŞ şirkətinə istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin fevral ayında bu göstərici 16,047 milyon barel təşkil edib. Beləcə nəqlin həcmi təxminən 7,7% azalıb.

2026-cı ilin yanvar–fevral aylarında BTC vasitəsilə Türkiyə ərazisindən ümumilikdə 30,943 milyon barel neft nəql olunub.

Xatırladaq ki, 2025-ci ildə BTC ilə Türkiyə ərazisindən 206,434 milyon barel neft nəql edilib.

Müqayisə üçün, 2024-cü ildə bu göstərici 224,142 milyon barel olub. Beləliklə, nəqlin həcmi 7,9% azalıb.

Qeyd edək ki, BTC Co. şirkətinin səhmdarları aşağıdakılardır:

bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti