Bakı. Trend:
Yeni Zelandiyanın ən böyük aviaşirkəti "Air New Zealand" Yaxın Şərqdəki münaqişənin yaratdığı yanacaq qiymətlərinin artması fonunda Sakit okean ada ölkələrinə bəzi uçuşları ləğv edib.
Trend xəbər verir ki, bu barədə "New Zealand Radio" radiostansiyası məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, aviadaşıyıcı qərarını regiondakı münaqişə nəticəsində yanacaq qiymətlərində yaranan görünməmiş qeyri-sabitliklə izah edib.
Bildirilib ki, şirkətin daxili və beynəlxalq uçuşlarının azı 5 faizi tamamilə ləğv olunub. Sərnişinlərlə əlaqə saxlanılacaq və onlara geri ödəniş və ya kredit əldə etmək imkanı veriləcək.
Qeyd olunur ki, "Air New Zealand" daha əvvəl may ayının əvvəlinə qədər ən azı 1100 reysin ləğv edildiyini açıqlamış və sərnişinlərə alternativ uçuş variantlarının təqdim olunacağını bildirmişdi.
