...

Azərbaycan cüdoçuları Türingiya Kubokunu 6 medalla başa vurublar

İdman Materials 22 Mart 2026 13:49 (UTC +04:00)
Azərbaycan cüdoçuları Türingiya Kubokunu 6 medalla başa vurublar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku başa çatıb.

Trend xəbər verir ki, 32-ci dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Yarışda Sunay Salamova (40 kiloqram) qızıl, Zəhra Quliyeva (40 kiloqram) gümüş, Pərvin Sevxanlı (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Məsumə Məmmədli (70 kiloqram) və Zemfira Əliyeva (+70 kiloqram) bürünc medala layiq görülüb.

Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti