Bakı. Trend:
İran Hind okeanında Dieqo Qarsiya adasında yerləşən Britaniya-ABŞ birgə bazasına iki ballistik raket atıb.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.
Məlumata əsasən, raketlər hədəflərinə çata bilmədi.
ABŞ ordusu onlardan birini ələ keçirmək üçün SM-3 raketi göndərdi, lakin bu əməliyyatın uğurlu olub-olmadığı məlum deyil.