Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Əraqçi və Parlamentin sədri Məhəmməd Bağır-Qalibaf müvəqqəti olaraq ABŞ və İsrailin məhv edilməli olan hədəf siyahılarından çıxarılıb.
Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, ABŞ və İsrail Vaşinqton İranla sülh danışıqlarını araşdırdığı bir vaxtda, Qalibaf və Əraqçini hədəf siyahılarından dörd-beş günə qədər çıxarıblar.
