...

Banqladeşdə avtobusun çaya düşməsi nəticəsində 18 nəfər ölüb

Hadisə Materials 26 Mart 2026 08:38 (UTC +04:00)

Bakı. Trend:

Banqladeşin mərkəzində Padma çayına düşən sərnişin avtobusunun qəzası nəticəsində ən azı 18 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "The Daily Star" qəzeti xəbər verib.

Məlumata əsasən, avtobusda 40 nəfərə yaxın sərnişin olub. 11 sərnişin özləri sahilə çıxa biliblər.

Xilasedicilər qəzadan altı saat sonra avtobusu çaydan çıxarıblar. On səkkiz nəfərin cəsədi tapılıb. Bir neçə sərnişin itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti