...

Almaniya Şimali Atlantikada hərbi-dəniz qüvvələrini gücləndirir

Dünya xəbərləri Materials 24 Mart 2026 22:21 (UTC +04:00)
Almaniya Şimali Atlantikada hərbi-dəniz qüvvələrini gücləndirir

Bakı. Trend:

Almaniya müttəfiqlərini dəstəkləmək məqsədilə Şimali Atlantikada hərbi-dəniz qüvvələrini gücləndirir.

Trend xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Sinqapura səfəri zamanı açıqlamasında deyib.

O bildirib ki, Böyük Britaniyanın “HMS Dragon” esminesini Aralıq dənizinə göndərməsi ilə əlaqədar Almaniyanın “Sachsen” freqatı NATO-nun daimi dəniz qrupunun flaqman gəmisi kimi fəaliyyət göstərəcək.

B.Pistorius bu məsələnin britaniyalı həmkarı ilə müzakirə olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Böyük Britaniya “HMS Dragon” gəmisini İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları fonunda Aralıq dənizinin şərq hissəsinə yerləşdirib. Kiprdə yerləşən Britaniya hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücumdan sonra NATO ölkələri - Böyük Britaniya və Fransa regiondakı hərbi mövcudluqlarını artırıblar.

Xəbər lenti

Xəbər lenti