Bakı. Trend:
İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri endirilən zərbələr nəticəsində İslam Respublikasına məxsus 158 gəmi məhv edilib.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tennessi ştatının Memfis şəhərində keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ zərbələri İranın müdafiə sənayesi kompleksinə ciddi zərbə vurub və ölkənin Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti iflic edilib.
Tramp əlavə edib ki, İranın pilotsuz uçuş aparatları və ballistik raket buraxılışlarının sayı da guya 90 faizdən çox azalıb.
