...

Qiymətli metalların fyuçers qiymətləri artıb

İqtisadiyyat Materials 25 Mart 2026 22:48 (UTC +04:00)
Qiymətli metalların fyuçers qiymətləri artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-York Ticarət Birjasında (NYMEX) və "Comex" birjasında (NYMEX-in bölməsi) qiymətli metallar - platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin qiyməti 0,34-4,42 faiz artım göstərir.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata əsasən, NYMEX-də 2026-cı ilin iyun ayında çatdırılma üçün palladium fyuçerslərinin qiyməti troy unsiyası üçün 1433 dollar (+0,34%), 2026-cı ilin aprel ayında çatdırılma üçün platin fyuçersləri isə 1,75% artaraq troy unsiyası üçün 1931,8 dollara çatıb.

Eyni zamanda, 2026-cı ilin aprel ayında "Comex" birjasında çatdırılma üçün qızılın qiyməti troy unsiyası üçün 4546,6 dollar (+3,41%), 2026-cı ilin may ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti isə troy unsiyası üçün 72,58 dollar (+4,42%) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti