...

Tramp Macarıstanda seçkilər öncəsi Orbanı dəstəklədiyini bildirib

Dünya xəbərləri Materials 25 Mart 2026 06:38 (UTC +04:00)
Tramp Macarıstanda seçkilər öncəsi Orbanı dəstəklədiyini bildirib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Macarıstanda keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazir Viktor Orbana dəstəyini ifadə edib.

Trend xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp Orbanı nəticə əldə edən güclü lider kimi xarakterizə edib.

“Viktor Macarıstanın qorunması, iqtisadi inkişafın təmin edilməsi, yeni iş yerlərinin yaradılması, ticarətin genişləndirilməsi, qanunsuz miqrasiya ilə mübarizə və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərib. Mənim administrasiyam dövründə Macarıstan ilə ABŞ arasında münasibətlər əməkdaşlığın yeni zirvələrinə yüksəlib və bunda Baş nazir Orbanın rolu böyük olub”, – deyə o bildirib.

Tramp əlavə edib ki, 2022-ci ildə Orbanın yenidən seçilməsi üçün namizədliyi irəli sürüləndə onu dəstəkləməkdən qürur duyub və bunu yenidən etmək onun üçün şərəfdir. O, macar seçiciləri Orbana səs verməyə çağırıb.

“Mən sona qədər onun yanındayam”, – deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-nə təyin olunub. Hakim “FİDES-Macarıstan Vətəndaş İttifaqı” Partiyası Avropa İttifaqı rəhbərliyi tərəfindən dəstəkləndiyi bildirilən müxalif “Tisa” Partiyası ilə gərgin mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti