...

Prezident İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib

Siyasət Materials 23 Mart 2026 12:05 (UTC +04:00)
Prezident İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşdə söyləyib.

Bir çox müasir istirahət zonalarının, hotellərin, iaşə, mədəniyyət, təhsil obyektlərinin yaradıldığını vurğulayan dövlətimizin başçısı, həmçinin qeyd edib: “Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti