Bakı. Trend:
ABŞ-ın “OpenAI” texnologiya şirkəti real video yaradan “Sora” neyron şəbəkəsinin fəaliyyətinə son qoymaq qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə “Sora” “X” sosial şəbəkəsində yaydığı açıqlamada məlumat verib.
Açıqlamada qeyd olunub: “Sora” ilə vidalaşırıq. Bu platformada yaradan, paylaşan və onun ətrafında icma formalaşdıran hər kəsə təşəkkür edirik. “Sora” vasitəsilə ortaya qoyduqlarınız önəmli idi və anlayırıq ki, bu xəbər məyusluq doğurur”.
Qərarın hansı səbəbdən verildiyi isə açıqlanmayıb.