Bakı. Trend:
Pakistan Cammu və Kəşmir məsələsində göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür edib.
Trend xəbər verir ki, bu barədə bu gün Pakistanın Azərbaycandakı səfiri Pakistan Günü münasibətilə dövlət bayrağının qaldırılması üzrə mərasimdə bildirib.
Ötən ilin hadisələri bir daha açıq şəkildə göstərdi ki, Cammu və Kəşmir məsələsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə nizamlanmadıqca, Cənubi Asiyada sülh mümkün olmayacaq”, – deyə səfir qeyd edib.
O həmçinin, dəyişməz diplomatik və mənəvi dəstəyinə görə Azərbaycana təşəkkürünü bildirib.
“Bu il həmçinin bizi regionumuzda baş verənlərə diqqət yetirməyə vadar edir. Əfqanıstandakı münaqişə və onun nəticələri hamımıza təsir edir. Pakistan və onun rəhbərliyi öz növbəsində vəziyyətin tezliklə deeskalasiyası və nizamlanması üçün bütün mümkün tədbirləri görməyə davam edəcək. Dualarımız bu münaqişənin bütün qurbanları və ondan kənarda olanlarla birlikdədir. Səmimi qəlbdən ümid edirik ki, regionumuzda sülh, təhlükəsizlik və sabitlik bərqərar olacaq”, – deyə Q. Mohiuddin əlavə edib.
