...

ABŞ-də təyyarə yanğınsöndürən maşınla toqquşub: ölənlər və yaralananlar var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 23 Mart 2026 11:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-Yorkun La-Quardiya aeroportunda “Air Canada” hava yolları şirkətinə məxsus təyyarənin aerportda yerüstü nəqliyyat vasitəsilə ilə toqquşması nəticəsində azı 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Trend bu barədə Amerikanın "NBC News" telekanalına istinadən xəbər verir.

Ölənlərin təyyarənin pilotları olduğu bildirilir.

xxx

10:10

ABŞ-nin Nyu-York şəhərinin La-Quardiya aeroportu uçuş zolağında sərnişin təyyarəsi ilə yanğınsöndürən maşının toqquşmasından sonra qeyri-müəyyən müddətə bağlanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava reyslərinin real vaxt monitorinqini aparan “Flightradar24” xidməti bəyan edib.

Xidmətin məlumatına əsasən, qəzaya uğrayan hava nəqliyyat vasitəsi “Air Canada” hava yolları şirkətinə məxsus olan “Express CRJ-900”təyyarəsi olub.

Qəzanın səbəbləri araşdırılır. Təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti