...

NATO rəhbəri ABŞ-nin Ukraynaya hansı formada yardım etdiyini açıqlayıb

Dünya xəbərləri Materials 23 Mart 2026 09:49 (UTC +04:00)
NATO rəhbəri ABŞ-nin Ukraynaya hansı formada yardım etdiyini açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ukraynaya kəşfiyyat məlumatları ilə dəstəyini davam etdirir və Avropalı tərəfdaşlarla birlikdə ölkəyə silah tədarükünü təmin edir.

Trend xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte “CBS News”a müsahibəsində bildirib.

“ABŞ Ukrayna ilə bağlı yenidən həyati-əhəmiyyətli kəşfiyyat dəstəyi göstərir və Avropalılarla birlikdə silah tədarükünü təmin edir ki, bu da Ukraynanın Rusiyaya qarşı mübarizəsini davam etdirməsinə və Kiyevin lazım olan hər şeyə malik olmasına zəmanət verir”, - deyə Rütte qeyd edib.

Rütte həmçinin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə sülh sazişi bağlamaq istəyir.

Qeyd edək ki, martın 19-da Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, ABŞ ordusu öz sursatlarından Ukraynaya tədarük etmək əvəzinə, ilk növbədə öz ehtiyacları üçün istifadə etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti