...

Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Materials 21 Mart 2026 09:50 (UTC +04:00)
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. Trend:

Martın 20-də Rusiyanın Moskva vilayətinin Kolomna şəhəri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın regional FHN-i teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, təyyarə Oka çayı yaxınlığına düşüb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.

Məlumata əsasən, təyyarə planlı uçuş həyata keçirirmiş və Stupino şəhərində yerləşən “Torbeеvо-Start” aerodromundan havaya qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti