...

Azərbaycanın U-19 millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

İdman Materials 26 Mart 2026 01:40 (UTC +04:00)
Azərbaycanın U-19 millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Bakı. Trend:

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində ilk oyununa çıxıb.

Trend-in məlumatına görə, B liqasının 6-cı qrupunda yer alan yığma Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb. “Raudondvario” stadionunda keçirilən görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, millimiz növbəti oyununu martın 28-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti