...

Azərbaycan qara metal ixracından gəlirini artırıb

İqtisadiyyat Materials 25 Mart 2026 11:11 (UTC +04:00)
Azərbaycan qara metal ixracından gəlirini artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 15,5 milyon ABŞ dolları dəyərində 11,7 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,7 milyon ABŞ dolları və ya 31,9% artıb, həcm baxımından isə 97 ton və yaxud 0,8% azalıb.

Hesabat dövründə ixrac olunan qara metallar və onlardan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,42%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,67% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 191,3 milyon ABŞ dolları dəyərində 167,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 6,3 milyon ABŞ dolları və ya 3,2% azalma deməkdir. Ötən ilin eyni dövründə ölkəyə idxal olunan sözügedən məmulatların həcmi açıqlanmadığından dinamikası göstərilməyib.

Hesabat dövründə idxal olunan qara metallar və onlardan hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 7,36%-ə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti