Bakı. Trend:
Livanın "Hizbullah" təşkilatının İsrailin mərkəzinə raket hücumu nəticəsində üç nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti təcili yardım xidmətinə istinadən bildirib.
Məlumata əsasən, 60 yaşlarında bir qadın hava hücumu siqnalı zamanı bomba sığınacağına gedərkən yıxılaraq başından xəsarət alıb. Raket xəbərdarlığı sirenləri səsləndikcə avtomobilləri park edilmiş digər avtomobillərlə toqquşduqdan sonra daha iki nəfər yüngül xəsarət alıb.