Bakı. Trend:
18 mart 2026-cı il tarixdə, saat 23:20 radələrində Kür çayının sol sahilində, Şəmkir rayonunun inzibati ərazisindən keçən hissəsində elektrik cərəyanı artırıcı avadanlıqdan (tok aparatından) istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilir ki, qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndi sakinləri olan üç şəxs Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan tədbirlər zamanı həmin şəxslərin aşağıdakı balıq
növlərini qanunsuz olaraq ovladıqları müəyyən edilib:
1) 90 ədəd daban balığı
2) 1 ədəd çəki balığı
3) 52 ədəd sıf balığı.
Qanunsuz ov nəticəsində təbiətə dəymiz ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə təqdim edilib.
