Bakı. Trend:
İran dost hesab etdiyi ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsinə icazə verib.
Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, o cümlədən, Rusiya, Hindistan və Çin boğazdan istifadə edə biləcəklər.
"Biz Hörmüz boğazından dost hesab etdiyimiz bir neçə ölkəyə - məsələn, Rusiya, Hindistan, İraq, Çin və Pakistana keçidə icazə vermişik. Düşmənlərimizin boğazdan istifadə etməsinə icazə verməyin mənasını görmürük", - deyə nazir vurğulayıb.
