Bakı. Trend:
ABŞ Karib hövzəsində narkotik qaçaqmalçılarına aid olduğu ehtimal edilən gəmiyə zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Məlumata görə, əməliyyat martın 25-də həyata keçirilib və nəticədə 4 nəfər ölüb.
Qeyd olunur ki, gəmi narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edirdi və kəşfiyyat məlumatlarına əsasən bu məqsədlə istifadə olunurdu.