Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Moskva ilə Kiyev Ukrayna münaqişəsinin nizamlanması üzrə razılığa getdikcə daha da yaxınlaşır və o, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşün baş tutacağına ümid edir.
Trend xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
“Mən prezident Putinlə prezident Zelenskinin bir araya gələrək razılığa gəlməsini istəyirəm. Düşünürəm ki, onlar buna doğru irəliləyirlər, amma bunu artıq uzun müddətdir deyirəm”, – deyə Tramp bildirib.