...

Keniyada daşqın qurbanlarının sayı 81-ə çatıb

Dünya xəbərləri Materials 23 Mart 2026 19:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Keniyada güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 81 nəfərə yüksəlib.

Trend xəbər verir ki, bu barədə ölkənin Milli Polis Xidməti məlumat yayıb. Bundan əvvəl 71 nəfərin həlak olduğu bildirilmişdi.

Rəsmi açıqlamada qeyd olunub ki, hazırda ən çox zərər çəkən ərazi paytaxt Nayrobi olaraq qalır və burada 37 ölüm faktı qeydə alınıb.

Məlumata əsasən, subasmalar nəticəsində 2,6 mindən çox ailə təxliyə edilib, həmçinin infrastruktur obyektlərinə və yaşayış fonduna ciddi ziyan dəyib.

Qeyd edək ki, Keniyada martın 6-dan etibarən davam edən leysan yağışları daşqınlara səbəb olub. Eyni zamanda, qonşu Efiopiyada da güclü yağışlar fəsadlara yol açıb. Bu ölkənin cənub bölgələrində baş verən torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 107 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti