Bakı
Beyin silkələnməsi keçirən norveçli xizəkçi Yohannes Hosflot Klebo ABŞ-də keçiriləcək Dünya Kuboku mərhələsində iştirak edəcək.
Trend xəbər verir ki, bu barədə idmançı NRK agentliyinə açıqlamasında bildirib.
“Mən başa düşürəm ki, uzun səfər və saat qurşağı dəyişikliklərinə uyğunlaşmaq üçün vaxtımın olmaması səbəbindən hazırlığım ideal olmayacaq. Amma ABŞ-da keçiriləcək Dünya Kubokunun son mərhələsində iştirak etmək istəyirəm”, – deyə Klebo qeyd edib.
Mərhələ martın 20-dən 22-dək Leyk Plesid şəhərində keçiriləcək.
