...

İran ABŞ bazasına raketlər atıb

Dünya xəbərləri Materials 21 Mart 2026 10:15 (UTC +04:00)
İran ABŞ bazasına raketlər atıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı birgə Britaniya-ABŞ hərbi bazası istiqamətində iki ballistik raket buraxıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, raketlər hədəflərə çatmayıb.

Onlardan birinin qarşısını almaq üçün ABŞ hərbçiləri SM-3 tipli raketdən istifadə edib. Lakin bu raketin hədəfi məhv edib-etmədiyi hələlik məlum deyil.

Mənbələrdə qeyd olunur ki, bu cəhd İranın raket proqramının rəsmi açıqlamalardan daha geniş imkanlara malik olduğunu göstərir. Bildirilir ki, baza İrandan təxminən 4000 kilometr məsafədə yerləşir.

Xatırladılır ki, Hind okeanında Britaniyanın dənizaşırı ərazisində yerləşən Dieqo-Qarsiya adası ABŞ hərbi qüvvələri üçün strateji mərkəz hesab olunur. Burada uzaqmənzilli bombardmançı təyyarələr, sualtı qayıqları və idarə olunan raketlərlə təchiz olunmuş esmineslər yerləşdirilib.

Məlumata görə, hücum cəhdi bazanın əhəmiyyətini və İranın uzaq məsafədə yerləşən ABŞ hərbi obyektlərini hədəfə almağa hazır olduğunu göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti