...

Estoniyada strateji infrastruktura dron düşüb

Dünya xəbərləri Materials 25 Mart 2026 13:03 (UTC +04:00)
Estoniyada strateji infrastruktura dron düşüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniyada Rusiyaya məxsus pilotsuz uçuş aparatı Auverdə yerləşən elektrik stansiyasının bacasına çırpılıb.

Trend xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

“Əlimizdə olan məlumatlara görə, dronun hədəfi Estoniya olmayıb. Hazırda ilkin araşdırma aparılıb, istintaq nəticəsində hadisənin daha dəqiq təfərrüatları müəyyən ediləcək”, - Estoniyanın baş prokuroru Astrid Asi bildirib.

İnsident nəticəsində heç kimin xəsarət almadığı, pilotsuz uçuş aparatının isə Rusiyanın hava məkanından daxil olduğu bildirilir.

Qeyd edək ki, Auver elektrik stansiyasın Estoniyanın şimal-şərq bölgəsində Rusiya sərhədi yaxınlığında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti