...

Zərdabda avtomobilin su kanalına aşması nəticəsində xəsarət alanların adları məlum olub (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 25 Mart 2026 10:28 (UTC +04:00)
Zərdabda avtomobilin su kanalına aşması nəticəsində xəsarət alanların adları məlum olub (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Zərdabda avtomobilin su kanalına aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Trend-in məlumatına görə, Əlvəd kəndi ərazisində qeydə alınan hadisədə xəsarət alanlar Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova, Umud Mütəlimovdur.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı isə dünyasını dəyişib.

xxx

10:23

Zərdab rayonunda yol hadisəsi baş verib, ölən və yaralananlar var.

Trend-in məlumatına görə, qəza rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti