Bakı. Trend:
ABŞ-də sosial media nəhəngləri "Meta" və "YouTube" məhkəmə qərarı ilə günahkar elan olunub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdə keçirilən məhkəmədə andlılar heyəti platformaların uşaqları qəsdən asılı vəziyyətə saldığı iddialarını əsaslı sayıb.
Qərara əsasən, şirkətlər istifadəçiləri risklər barədə yetərincə xəbərdar etməyib.
Məhkəmə "Meta"nın 2,1 milyon dollar, "YouTube"un isə 900 min dollar təzminat ödəməsinə qərar verib. Şirkətlər qərardan apellyasiya şikayəti verəcəklərini açıqlayıb.
Bu iş texnologiya sektorunda presedent kimi qiymətləndirilir.
