...

Tramp nüvə silahlarının azaldılmasını dəstəkləyir - Dövlət Departamenti

Dünya xəbərləri Materials 25 Mart 2026 03:04 (UTC +04:00)
Tramp nüvə silahlarının azaldılmasını dəstəkləyir - Dövlət Departamenti

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp qlobal səviyyədə nüvə silahlarının sayının daha da ixtisar edilməsinin tərəfdarıdır.

Trend xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Tomas Dinanno deyib.

Amerikalı diplomat bildirib ki, prezident dünyada nüvə silahlarının daha az olmasını istəyir və bunu müsbət başlanğıc kimi qiymətləndirir.

T.Dinanno həmçinin vurğulayıb ki, Strateji Hücum Silahlarının Azaldılması və məhdudlaşdırılması üzrə ABŞ-Rusiya sazişi yalnız ABŞ-ni məhdudlaşdırıb və effektiv olmayıb.

Onun sözlərinə görə, bu sazişin müddətinin başa çatması yeni mərhələnin başlanmasına səbəb olub və bu da Trampın daha təkmilləşdirilmiş, müasir müqavilə hazırlamaq təşəbbüsünü reallaşdırmağa imkan verib.

T.Dinanno əlavə edib ki, yeni razılaşma rəsmi Moskvaya Vaşinqton qarşısında asimmetrik üstünlük qazandırıb.

Xəbər lenti

Xəbər lenti