Bakı. Trend:
ABŞ-nin İranla apardığı ciddi danışıqlarda prezidentin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner iştirak ediblər.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridadakı Vest Palm Biç Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ yüksək vəzifəli İran lideri ilə artıq əlaqə saxlayıb və danışıqların növbəti raundu bu gün telefon vasitəsilə keçiriləcək.
Tramp əlavə edib ki, Vaşinqton İranla bağlı əsas məqsədlərdən biri kimi nüvə materiallarının ölkədən çıxarılmasına nail olmağa çalışır.
ABŞ Prezidenti qeyd edib ki, tərəflər arasında mühüm ortaq məqamlar və müəyyən razılıqlar mövcuddur və hazırda münaqişənin sona çatdırılması üçün real imkan yaranıb.
Eyni zamanda, "Sky News" telekanalı Trampın sözlərinə istinadən bildirib ki, İran sülh yolu ilə nizamlanma barədə razılaşmaya gəlməkdə maraqlıdır.
