Bakı. Trend:
ABŞ İranın Xarq adasını ələ keçirmək üçün quru əməliyyatı keçirməyi nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ-ın yüksəkvəzifəli rəsmiləri son günlərdə İsrail və digər ölkələrdəki həmkarlarına Vaşinqtonun adanı ələ keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa alternativinin qalmadığını bildiriblər.
ABŞ rəsmilərindən biri nəşrə açıqlamasında qeyd edib ki, ABŞ ordusu minlərlə dəniz piyadası və donanma heyətinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirib.