...

Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb

İdman Materials 24 Mart 2026 18:46 (UTC +04:00)
Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb

Bakı. Trend:

AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Azərbaycan və Portuqaliya U-21 yığmaları arasında Bakıda keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Trend xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.

Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.

Qarşılaşma martın 27-si saat 15:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti