...

Gürcüstandan Azərbaycana pul köçürmələri artıb

İqtisadiyyat Materials 23 Mart 2026 15:48 (UTC +04:00)
Gürcüstandan Azərbaycana pul köçürmələri artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Gürcüstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 43,6 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 8,2 milyon ABŞ dolları və ya 23,4% çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Gürcüstanın payı 3,7% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 26,2 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 18,7 milyon ABŞ dolları və ya 1,7 dəfə azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində Gürcüstanın payı 5,2% təşkil edib.

2024-cü ildə Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 44,987 milyon ABŞ dolları, əks istiqamətdə isə 35,3 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti