...

"Sevilya" baş məşqçisi Matias Almeydanı istefaya göndərib

Dünya xəbərləri Materials 23 Mart 2026 21:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın "Sevilya" futbol klubu baş məşqçi Matias Almeydanın istefaya göndərildiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı argentinalı mütəxəssis 1996-97-ci illərdə "Sevilya"nın futbolçusu olub və komandaya 2025-ci ilin yayından rəhbərlik edirdi.

Qeyd edək ki, 29 turdan sonra "Sevilya" 31 xalla İspaniya çempionatında 15-ci yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti