Bakı. Trend:
İraqın əz-Zəvra Heyvanat Parkında Sibir pələngi yeniyetməni ağır yaralayıb.
Trend xəbər verir ki, ziyarətçilərdən biri dostları ilə birlikdə təhlükəsizlik hasarını aşaraq yırtıcı heyvanlara qulluq edən işçilər üçün nəzərdə tutulmuş əraziyə daxil olub.
O, Sibir pələnglərindən birinə yaxınlaşaraq heyvanı qıcıqlandırmağa cəhd edib. Nəticədə pələng yeniyetmənin ayağından tutaraq onu qəfəsə doğru çəkib. Ağır yaralanan gənci yırtıcının caynaqlarından xilas etmək çətinliklə mümkün olub.
Bildirilib ki, hadisə təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verib. Mühafizəçilər və işçi heyətin müdaxiləsi ilə yaralı xilas olunaraq xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu və lazımi tibbi yardım aldığı qeyd olunur.
