Bakı. Trend:
Bağdadda yerləşən İraq Milli Kəşfiyyat Xidməti binasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində bir zabit həyatını itirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə açıqlama verən İraq Təhlükəsizlik Xidmətinin sözçüsü general Saad Maan bildirib ki, hücum şəhərin Mansur rayonunda yerləşən kəşfiyyat obyektini hədəf alıb.
Kəşfiyyat qurumunun yaydığı məlumatda qeyd olunub ki, obyektin ətrafı qanunsuz silahlı qruplar tərəfindən terror hücumuna məruz qalıb və nəticədə 1 zabit həlak olub.
Açıqlamada hücumun qurumun fəaliyyətinə mane olmaq məqsədi daşıdığı vurğulanaraq, məsul şəxslərin saxlanılması üçün əməliyyatların davam etdirildiyi bildirilib.
