...

Bayram günü avtobuslarla Bakıdan bögələrə neçə sərnişin daşınıb?

Gündəm Materials 21 Mart 2026 14:10 (UTC +04:00)
Bayram günü avtobuslarla Bakıdan bögələrə neçə sərnişin daşınıb?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Martın 20-də Bakıdan bölgələrə 370 reyslə 13 703 sərnişin daşınıb.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, ötən gün əlavə olaraq 150 reys həyata keçirilib.

Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.

"Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur", - deyə agentlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti