Bakı. Trend:
İran paytaxtı Tehranın şərq ətraflarında bir neçə yeni partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə İranın dövlət televiziyası xəbər verib.
Məlumata əsasən, Tehranın Rey şəhərinin şərqində, eləcə də paytaxtın şərqindəki dağlıq ərazilərdə partlayış səsləri eşidilib.
Hadisənin nəticələri barədə məlumat verilməyib.