...

Azərbaycandan Bolqarıstana neft ixracının həcmi açıqlanıb

Energetika Materials 20 Mart 2026 16:48 (UTC +04:00)
Azərbaycandan Bolqarıstana neft ixracının həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar-fevral aylarında Azərbaycandan Bolqarıstana 37,4 milyon ABŞ dolları dəyərində 78,5 min ton xam neft və bitumlu süxurlardan əldə edilən neft məhsulları ixrac edilib.

Trend-in Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu rəqəm dəyər baxımından 10,8 milyon ABŞ dolları və ya 22,4%, həcm baxımından isə 766 tondan çox və ya 1% azalıb.

Beləliklə, ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərində 79,3 min ton neft və neft məhsulları ixrac edilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları aparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın, 2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya 37,2% azalıb.

Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq 933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.

Xəbər lenti

Xəbər lenti