...

BDYPİ-dən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Cəmiyyət Materials 24 Mart 2026 11:05 (UTC +04:00)
BDYPİ-dən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə xəbərdarlığında deyilir.

"Məlumdur ki, dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır", - qurumdan əlavə olunub.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram tətili günlərində bölgələrə, istirahət və turizm məkanlarına üz tutan əhali sayının artmasını nəzərə alaraq, səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti