...

Lukaşenko Şimali Koreyaya dostluq sazişi bağlamağa yollanıb

Dünya xəbərləri Materials 25 Mart 2026 10:00 (UTC +04:00)
Lukaşenko Şimali Koreyaya dostluq sazişi bağlamağa yollanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Belarus prezidenti Aleksandr Lukaşenko Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyana rəsmi səfər edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belarus XİN rəhbəri Maksim Rıjenkovun bildirdiyinə görə, iki ölkənin liderlərinin dostluq haqda saziş imzalayacağı gözlənilir.

“Həm Belarus, həm də Koreya tərəfini maraqlandıran kompleks, bir sıra istiqamətlər var. Onlar ölkələrimizin liderlərinin imzalayacağı dostluq haqda sazişin mətnində öz əksini tapacaq”, -deyə ali diplomat bildirib.

Lukaşenko səfər çərçivəsində Kumsusan Günəş sarayına baş çəkib. Orada Belarus lideri koreyalı sərkərdənin xatirəsini anıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti