Bakı. Trend:
İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "rossoneri"nin aparıcı oyunçularından olan Rafael Leau sıradan çıxıb.
Portuqaliyalı vinger sağ əlinin dirsəyindən zədələnib. 26 yaşlı futbolçu A Seriyasının bu gün "Torino" ilə keçiriləcək oyununda iştirak etməyəcək.
Qeyd edək ki, "Milan" Rafael Leaunu 2019-cu ilin yayında "Lill"də 50 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
