...

Əməkdar artist Raziyyə Şirinova vəfat edib

Mədəniyyət Materials 20 Mart 2026 02:14 (UTC +04:00)
Əməkdar artist Raziyyə Şirinova vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Əməkdar artisti, xanəndə Raziyyə Şirinova vəfat edib.

Trend xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.

Onun 86 yaşında vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub. 1962-64-cü illərdə A. Zeynallı adına Bakı Musiqi Texnikumunda xanəndə Seyid Şuşinskinin kursunda təhsil alıb, 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında çalışdığı illərdə bir sıra tamaşalarda yadda qalan obrazlar yaradıb, rollarda çıxış edib.

O, müğənni kimi də uğur qazanıb. Sənətdə olduğu illər ərzində respublika televiziyası və radiosu ilə ifa etdiyi muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

R.Şirinova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə "Əməkdar artist" fəxri adı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti